"Milli birliyin və həmrəyliyin banisi" FOTOLAR

YAP Qusar rayon təşkilatı Heydər Əliyev mərkəzi ərazi partiya təşkilatının təşkilatçılığı ilə videoformatda "Milli birliyin və həmrəyliyin banisi" mövzusunda videokonfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konfransı giriş sözü ilə Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru, ərazi ilk partiya təşkilatının sədri Neva Abdurahmanova açıb. N.Abdurahmanova qeyd edib ki, Heydər Əliyev irsi daim öyrənilməli və gələcək nəsillərə ötürülməlidir.

Konfransda çıxış edən qatılmış YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov "Heydər Əliyev liderliyinin qalibiyyət və zəfər rəmzi", YAP Qusar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən David İbramxəlilov "Heydər Əliyev irsi:dövlətçilik və müasirlik", fəal gənc Edmar Mustafayev "Qarabağ Zəfərinə gedən yol və ata vəsiyyəti", Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzularında çıxış ediblər. Çıxış edənlər Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən müasir şəraitə uyğun olaraq uğurla davam etdirilir.

Tədbir Ümummilli Liderə həsr olunmuş "Heydər Əliyev ideyaları yaşayır və zəfər çalır" mövzusunda videoçarxın nümayişi ilə yekunlaşıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə