Bayden - Putin görüşündə NƏLƏR YAŞANDI? - POLİTOLOQ ŞƏRH ETDİ

"ABŞ prezidenti Co Bayden ilə Rusiya prezidenti Vladimir Putinin görüşü çoxdan planlaşdırılmışdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, yeni dünya düzəninin formalaşmasında ABŞ Rusiyanın yerini görmürdü: "Əslində ABŞ-ı narahat edən yeni güc mərkəzi kimi Rusiya-Çin duetinin gündəmə gəlməsidir. ABŞ istəmir ki, üçüncü bir güc mərkəzi formalaşsın. Ona görə də, ABŞ Rusiya Avropa əlaqələrini kəsməklə məşğuldur. Baydeni hakimiyyətə gətirən dərin dövlət Baydeni yaxşı hazırlaya bilməmişdi. Əslində Baydeni tək göstərsələr də, onun ətrafında daha 5 nəfər də oturub, ona məsləhət verirdi. Görüşdə iki dövlət başçısı arasında nə Ukraniya, nə Liviya, nə də Suriya ilə bağlı hər hansı bir ortaq məxrəc tapılmadı və Qafqaz siyasətində də maraqlar üst-üstə düşmədi. Ona görə də görüş vaxtından tez bitdi. Baxmayaraq ki, ABŞ Ermənistanın əli ilə bir şeylər etmək istəyirdi, lakin buna nail ola bilmədi. Bütün bunların fonunda görünən odur ki, Brüssel görüşündə tərəflər ola bilər ki, hansısa razılığa gəlməsin. Ümumi dəyərləndirsək, Bayden ilə Putinin görüşü Üçüncü Dünya Müharibəsinin alovlanma ehtimalını daha da artırdı və bu görüşdən sonra yeni soyuq müharibəyə start verildi".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə