Sevinc Osmanqızının prezidenti Paşinyandır REPLİKA + VİDEO

ABŞ-da yaşayaraq ermənipərəst dairələrdən bəslənərək davamlı şəkildə ölkəmizə, dövlətçilik maraqlarımıza qarşı çıxan, açıq-aşkar düşmənlərimizin maraqlarına nökərçilik edən, eləcə də xarici kəşfiyyat dairələrinə işlədiyi sübut edilən Sevinc Osmanqızı növbəti dəfə öz satqın xislətini nümayiş etdirdi. Bu dəfə sosial şəbəkə üzərindən Ermənistanın baş naziri Nikol Paşinyana təriflər yağdıran bir şəxsin sözlərindən az qala göylərə pərvazlanan Osmanqızı ona zəng edən tamaşaçının-məsləkdaşının fikirlərinə "Kaş ki, Nikol Paşinyan prezidentimiz olaydı", deyə dəstəyini göstərib. SİA xəbər verir ki, Sevinc Osmanqızının doğulduğu, çörəyini yediyi, atasının uğrunda həlak olduğu ölkəsinə və dövlətinə, şəhid övladlarına qarşı bu qədər iyrənc münasibət bəsləməsi həm də onu sübut edir ki, yalnız bu subyekt deyil, onun kimi xarici ölkələrdə oturub düşmən çörəyi ilə zəhərlənənlər Azərbaycana qarşı ermənidən də betər qənim kəsiliblər.

Eyni zamanda, belələri hər an, hər dəqiqə mənfur düşmənlərimizə nökərçilik etməyə hazır olduqlarını demək olar ki, günaşırı sübuta yetirirlər. Əslində, bu görüntülərdə "sözün bitdiyi an" ifadəsinin tam yeridir. Buna rəğmən dövlətinə, xalqına, şəhidlərinin müqəddəs ruhlarına hörmət bəsləyən istənilən vətənsevər şəxs ən azı bu kimi ünsürlərə qarşı içindən gələn sözlərini ərz etmək istərdi. Bəli, bu acı və hiddət doğuran faktı görən, eşidən əsl azərbaycanlı yumşaq desək, Sevinc Osmanqızına ürəyindəkiləri boşaldar, onu ən ağır təhqirlərə "qonaq" edərdi. Bunu Osmanqızının özü də bilir, həm də çox yaxşı bilir. Elə ona da bu lazımdır ki, sonra ağaları olan erməni lobbisinə göstərib Azərbaycan xalqının əsəbləri ilə necə oynadığını sübut etsin və əvəzində kirli pullarını qazansın.

Əslində, Sevinc Osmanqızının əməllərindən təəssüflənməyə və təəccüblənməyə dəyməz. O zatən düşmən maraqlarına xidmət etdiyini daha əvvəllər də nümayiş etdirib və bu, onun növbəti nümayişidir. Belə isə adıçəkilən ünsür getsin açıq-aşkar Nikol Paşinyanı özünə rəsmən (!) "lider" elan eləsin və bununla ermənidən betər erməni olduğunu da rəsmən təsdiqləsin. Onsuz da belə zir-zibillərin Azərbaycan cəmiyyətindən təmizlənməsinə ehtiyac var...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...