Radikal ünsürlərin əməlləri iflasa məhkumdur

Naqif Həmzəyev

Millət vəkili

Müstəqil Azərbaycan Respublikası tarixinin ən parlaq dövrünü yaşayır. Ölkəmizin beynəlxalq nüfuzuna, Azərbaycan xalqının mübarizə əzminə, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyər hər gün artır. Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan siyasi cəhətdən daim sabit, iqtisadi baxımdan dayanıqlı, demokratik bir dövlət kimi xarakterizə edilir. Təkcə elə son günlərdə Soçidə keçirilmiş ikitərəfli və üçtərəfli görüşün, eləcə də Aşqabadda İƏT-in Zirvə Toplantısının nəticələri Azərbaycanın diplomatik uğurlarının davam edirilməsindən xəbər verir. Soçi və Aşqabad görşləri bir daha Azərbaycanın bütövlükdə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməsinin, bölgədə söz sahibi olmasının bir daha təsdiqi oldu.

Ölkəmizin günü-gündən güclənməsindən, qüdrətli dövlətə çevrilməsindən narahatlıq duyan, özlərini Azərbaycanda siyasi müxalifət adlandıran bir qrup şəxs yenə öz ambulasında fəaliyyət göstərir, icazəsiz aksiya keçirməyə cəhd edir. Dekabrın 1 də Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbçilərimizlə vida günündə özlərini vətənpərvər adlandıran radikal müxalifət nümyəndələri şəhid hərbçilərimizin anım mərasimində olmaq əvəzinə şəhərin mərkəzində qanunsuz aksiya keçirməyə cəhd göstərdilər.

Xaricdən aldıqları sifariş əsasında, pandemiya qaydalarını pozmaqla radikal müxalifət yenidən özünün köhnə, lakin heç bir effekt verməyən mitinq taktikasını işə salır. Ölkəmizdə sərbəst toplaşma azadlığı mövcuddur. Radikal müxalfətin də mitinq və digər aksiyalar təşkil etmək hüququ var. Bu hüquqdan istifadə etməsi üçün də dövlət tərəfindən hər cür şərait yaradılıb. Lakin nədənsə radikal müxalifətçilər bu hüquqlarını qanun çərçivəsində yox, məhz qanunun pozulması hesabına həyata keçirməyə çalışırlar. Əslində, radikal müxalifətin “lideri” Əli Kərinlinin, onun ətrafında toplaşanların paxıllıq, gözü götürməmək kimi keyfiyyətlərdən əl çəkmək niyyətləri yoxdur. Əvvəllər Qarabağın işğal altında olmasını fürsət bilib istədikləri səmtə yozurdu radikal müxalifət. Artıq Qarabağ azaddır, özü də Qüdrətli Azərbaycan ordusunun igid, mərd oğullarının qanı, canı bahasına.

Əli Kərimlinin anti-milli şurasının “Saleh Rüstəmliyə azadlıq" aksiyası əslində təxribat xarakeri daşıyırdı. Əsas məqsəd Prezident İlham Əliyevin Soçidə və Aşqabadda qazandığı uğurlara kölgə salmaq, bu uğurları qəbul edə bilməyən etmənipərəst qüvvələrdən alınan sifarişləri yerinə yetirmək, demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək idi. Artıq hər kəsə aydındır ki. dağıdıçı müxalifətin istəyi, arzusu xalqın dincliyini pozmaq, ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salmaqdır. Hüzünlü gündə qanunsuz aksiya keçirərək təxribat törətmək cəhdi bir daha təsdiq etdi ki,dağıdıcı müxalifətin fəaliyyəti də sözləri kimi şoudur.

Ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur. Xalq dağıdıcı müxalifətin yalan vədlərlə dolu pafoslu sözlərinə inanmır. Ona görə də bu radikal ünsürlərin Azərbaycanda sabitliyi pozmaq, ölkəmizin inkişafına mane olmaq cəhdləri heç bir nəticə verməyəcək, onların əməlləri iflasa məhkumdur. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...