Ermənilər türk agenti axtarışında

Stepan Dadielyan: “Feysbukun xəbərlər lentini nəzərdən keçirərkən, bu, aydın görünür”

“Ermənistanda bir nəfər də olsun türklərin təsirləri altında olan casus saxlanılmayıb, hansı ki, mən inanıram ki, onlar çoxdurlar, xüsusilə siyasi və ictimai sahələrdə”.

SİA xəbər verir ki, bu barədə Ermənistan politoloqu Stepan Danielyan yazıb.

Onun fikrincə, ölkədə türk agentlərini tapmaq elə də çətin deyilmiş. “Hətta Feysbukun xəbərlər lentini nəzərdən keçirərkən bu aydın görünür”, deyə qeyd edən erməni politoloqu fikirlərinin cəmiyyətdə iztehza ilə qarşılanacağından ehtiyatlanaraq özünü sığortalayıb və sözlərinin ötəri olmadığını ifadə edib: “Mən bunu sarkazmsız, tamamilə ciddi şəkildə deyirəm”, Danilelyan yazıb.

Maraqlıdır ki, ermənilərin revanşçist kəsimi bir neçə il əvvəl məhz bu gün “türk Nikol” adlandırdıqları baş nazirlərini özlərinə lider seçiblər və nədənsə həmin vaxtlar onun agent olması barədə ümumiyyətlə danışmayıblar. İndi isə baş da Nikol Paşinyan olmaqla onun ətrafı türklərə casusluq etməkdə suçlanırlar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə