Heydər Əliyev Azərbaycan üçün Allahın verdiyi ən böyük nemətdir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Ümummilli lider Heydər Əliyevə təkcə Azərbaycanın hansısa bir dövründə idarə etdiyi rəhbər kimi yox, Ona Azərbaycan tarixində Azərbaycan dövlətinin gələcəyini yazan böyük mütəfəkkir ölkə başçısı kimi baxmalıyıq". Bu sözləri SİA-ya açıqlamasında deputat Məşhur Məmmədov deyib.
.jpg)
"Biz qələbədən sonra Ali Baş Komandan cənab İlham Əliyevin atasının qəbri üzərində “Ata mən sənin vəsiyyətini yerinə yetirdim” deməsi ilə Ulu Öndərin də Azərbaycanın gələcək tarixini yazmağının şahidi olduq. Çünki, onun qoyduğu dəsti-xətt, Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycanın sərhəddinin bərpasına və Azərbaycanın işıqlı gələcəyinə açılan yolu göstərir. Biz torpağımızı azad etdikdə necə sevinirdiksə, Azərbaycanın atdığı addımlar sayəsində Qarabağda, Xankəndidə Azərbaycanın bayrağı dalğalananda da Ulu Öndərin göstərdiyi göstərişlər o zaman dilə gətiriləcək və biz görəcəyik ki, Heydər Əliyev necə bir dahi şəxsiyyətdi. O, Azərbaycan üçün Allahın verdiyi ən böyük nemətdir. Azərbaycanın dünyada tanınmasına, bir dövlət kimi formalaşmasına öz canından keçən fədai bir insan olduğunu bir daha hamımız gördük. Lakin bu gün biz bunların hamısını bilirik, hamı ona inanır və onun səsi, onun göstərdiyi yol ilə addımlayırıq. Bu addım isə Azərbaycanı işıqlı gələcəyə aparacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB