YAP Nərimanov rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir - FOTOLAR

YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 106B” (Azneftmaş ASC), “Təbriz 189”(Oksigen klinikası), “Ağasadıq Gəraybəyli 76”(207 saylı tam orta məktəb) küçələri üzrə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. SİA-nın verdiyi məlumata görə, ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış edərək təmsil etdikləri təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatlarının rəhbər orqanlarının yeni tərkibi seçilib.

”Heydər Əliyev prospekti 106B” küçəsi üzrə ərazi partiya təşkilatına İsmayılova Tahirə sədr, Səttarov Eldəniz sədr müavini, “Təbriz 189” küçəsi üzrə Abbasova Şəlalə sədr, Nəsibov Əlisədr müavini “Ağasadıq Gəraybəyli 76” Seyidova Sədaqət sədr, İsmayılova Sədaqət isə sədr müavini seçilib.

Yığıncaqlarda çıxış edən YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Vüsal Əliyev hesabatməruzələrini və ərazi partiya təşkilatlarının fəaliyyətini qənaətbəxş qiymətləndirib.

Vüsal Əliyev yeni seçilmiş sədrləri və müavinləri təbrik edərək, işlərində uğurlar arzulayıb və iclasi ştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...