Ermənistanın bu addımı atması onun üçün intihar olacaq - EKSPERT RƏYİ

“Soçidə keçirilən görüşdən sonra imzalanan bəyannamə sərhədlərin delimitasiyasını və demarkasiyasını özündə ehtiva edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, həmçinin, burada nəqliyyat yollarının açılması qeyd edilib: “Və bununla da sərhəddə atəşkəsə ciddi əməl edilməlidir. Çünki proses başlayıb və konkret ilin axırına kimi nəticə olmalıdır. Ona görə də sərhəddə erməni təxribatını istisna edirəm”.

M.Əsədullazadə vurğulayıb ki, Paşinyana qarşı orduda müəyyən qüvvələr var: “Onlar təxribat edə bilər. Ona görə də sayıq olmalıyıq. Digər məsələyə gəldikdə isə 16 noyabrda Ermənistan təxirbat etdi, onlarla ölü, əsirlər və strateji yüksəkliklərdən oldu. Ona görə də 16 noyabrda ağır zərbə və Soçi bəyannaməsindən sonra buna getməsi intihar olar. Həm də qarşıdan Brüssel görüşü gəlir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə