“Laçının azad edilməsi Prezidentin sərkərdəlik bacarığının ən gözəl təcəssümüdür” - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Laçının azad edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığının ən gözəl təcəssümüdür”. Bu sözləri SİA-ya açıqlamasında Laçının azad edilməsinin ildönümü ilə bağlı açıqlama verən millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika komitəsinin sədri Sadiq Qurbanov deyib.

S.Qurbanovun sözlərinə görə Laçının işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ən səciyyəvi xüsusiyyətlərindən biridir: "Laçının azad edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığının ən gözəl təcəssümüdür. 1 dekabr 2020-ci il tarixi Azərbaycan tarixinə yeni məna yükü ilə daxil oldu. Ermənilərin otuz ilə yaratdığı məğlubedilməzli mifi 44 gün müharibə nəticəsində son qoyuldu. Laçın, Ağdam, Kəlbəcər rayonlarının böyük bir hisəsinin Azərbaycan tərəfinə təslim edilməsi isə Ermənistan tərəfinin təslimçiliyinin son akkortları hesab etmək olardı. Laçın rayonu ərazisindən uzun illər erməni tərəfi qanunsuz silahlı birləşmələrini Qarabağın dağlıq hissəsinə gətirmək üçün dəhliz kimi istifadə edirdilərsə bu dəfə həmin dəhlizdən bu torpaqların əsl sahiblərinin əlindən qaçmaq üçün istifadə etdilər.

Sadiq Qurbanov bildirib ki, faydalı qazıntılarla zəngin olan Laçın rayonunun işağaldan azad edilməsi ərazidə olan 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqlarının həmçinin sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları yenidən Azərbaycan iqtisadiyyatına öz qatqısını verəcəkdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçın rayonununa cari ilin 14 fevral və 16 avqust tarixlərində səfər etməsi eyni zamanda Güləbird kəndində Azərbaycan bayrağını qaldırması Azərbaycanın Zəfər tarixinin ən önəmli günlərindəndir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...