YAP Nərimanov rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir - FOTOLAR

YAP Nərimanov rayon təşkilatının “Təbriz 57” (4 saylı şəhər poliklinikası), “Azadlıq prospekti 139”(47 saylı tam orta məktəb) küçələri üzrə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. SİA-nın verdiyi məlumata görə, ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış edərək təmsil etdikləri təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Bildirilib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılmış və ərazi partiya təşkilatlarının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilmişdir. Daha sonra partiya təşkilatlarının rəhbər orqanlarının yeni tərkibi seçilib.

“Təbriz 57” küçəsi üzrə ərazi partiya təşkilatına Əhmədova Leyla sədr, Əhmədov Məmməd sədr müavini, “Azadlıq prospekti 139” küçəsi üzrə Bağırova Ayrən sədr, Abuşova Rübabə isə sədr müavini seçilib.

Yığıncaqlarda çıxış edən YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Vüsal Əliyev hesabat məruzələrini və ərazi partiya təşkilatlarının fəaliyyətini qənaətbəxş qiymətləndirib.

Vüsal Əliyev yeni seçilmiş sədrləri və müavinləri təbrik edərək, işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə