Putin Azərbaycanla iqtisadi əlaqələrdən və pandemiyadan danışdı
Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. SİA xəbər verur ki, görüşdə pandemiya məsələlərinə, iki ölkə arasında iqtisadi əlaqələrə toxunulub.
"Məhdudiyyətlərə baxmayaraq, bu ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb", deyə qeyd edən Rusiya Prezidenti Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların fəaliyyətinə də toxunub: "Qeyd etməliyəm ki, rusiyalı sülhməramlı qüvvələrin ötən il noyabrın 10-dan fəaliyyətə başlamasından sonra bu il ərzində sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB