Soçidə Vladimir Putinlə İlham Əliyev arasında görüş keçirilib

Soçidə Vladimir Putinlə İlham Əliyev arasında görüş keçirilib

Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, bildirib ki, bu görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

Rusiya Prezidentin mətbuat katibi jurnalistlərə bildirib ki, daha sonra Putinlə Ermənistan ba naziri arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulub: "Prezident Putinin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə hazırda görüşü keçirilir. Tamamlanandan sonra biz Putin, Əliyev və Paşinyan arasında görüşü izləyəcəyik. Bundan sonra Putinin Paşinyanla ayrıca söhbəti olacaq. Yəni Putinin iki ikitərəfli və bir üçtərəfli görüşü olacaq. Xüsusən də, ölkə rəhbərləri Dağlıq Qarabağdakı vəziyyətin nizamlanması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını müzakirə edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə