Heç bir şey Paşinyanın istəyindən asılı deyil - POLİTOLOQ AÇIQLADI

"Heç bir şey Paşinyanın istəyindən asılı deyil". Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

O, qeyd edib ki, tutaq ki, Paşinyanın niyyəti dəhliz deyil, adi yol açmaq olsaydı, onu dərhal təklif kimi irəli sürərdi.

Fərhad Mehdiyev bu barədə fikirlərini belə izah edib: "Amma biz Ermənistan tərəfindən heç bir konkret təklif eşitmədik. Ermənistan demədi ki, tutaq ki, gəlin filan güzərgahda yol çəkin. Bu da onu göstərir ki, Ermənistanın hazırkı ifadələri bəhanə xarakteri daşıyır. Azərbaycan tərəfi isə bu nəqliyyat dəhlizinin daha geniş infrastruktura malik olan zolağın olmasını tələb edir. Bu da təbiidir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə