Azadlıq prospekti 179 ünvanlı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR

Azadlıq prospekti 179 ünvanlı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Azadlıq prospekti 179 ünvanlı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Hesabat-seçki yığıncağını giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov yığıncaq iştirakçılarını salamlayıb. Partiyanın VII Qurultayından bəhs edən Vüsar İsmayılov yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən danışıb. Bu islahatların partiyanın gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib. Çıxışının davamında rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Ərazi ilk partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib.

Ərazi ilk partiya təşkilatının sədri Yunis Hüseynov gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, hesabat-seçki yığıncağının gündəliyində, əsasən, iki məsələ - ərazi ilk partiya təşkilatının sədrinin partiyanın VI Qurultayından ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, sədr və sədr müavininin seçilməsi məsələləri müzakirə olunacaq. Sədr daha sonra geniş hesabat məruzəsi ilə çıxış edərək, ərazi ilk partiya təşkilatının fəaliyyəti və gördüyü işlər haqqında danışıb.Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvü, Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü islahatlardan danışıb. Azərbaycanın bütün sahələrdə müvəffəqiyyətlərə imza atdığını və bu uğurların bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. Ərazi ilk partiya təşkilatının işinə uğurlar arzulayıb.

Hesabat məruzəsi ətrafında çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Amal Əsgərov, Ziba Nəcəfova təşkilatın fəaliyyətini qənaətbəxş hesab edib. Hesabat məruzəsi səsə qoyularaq, qəbul edilib. Yığıncağın sonunda təşkilatı məsələlərə baxılıb, partiya üzvlərinin yekdil qərarı ilə Yunis Hüseynov yenidən ərazi ilk partiya təşkilatının sədri, Ziba Nəcəfova isə sədr müavini seçilib. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə