“İyunun 20-də 680 minə yaxın vətəndaşımız Nikol Paşinyana inandı və ona səslərini yalnız bir məqsəd üçün verdi, onlar daha müharibənin olmayacağını düşünürdülər. Hakimiyyət isə belə təbliğat apardı ki, müxalifət müharibə istəyən revanşist qüvvələrdir. Təəssüf ki, cəmiyyətin bir hissəsi ona inandı və ona səs verdi, sülhün gələcəyini, müharibənin bitəcəyini gözləyirdi". SİA xəbər verir ki, bunu "Ana Vətən" Partiyasının sədri, parlamentdəki "Mənim şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyan keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, seçkilərdən sonra müharibə nəinki dayanmadı, həm də yeni qurbanlarımız, yeni əsirlərimiz və yeni ərazi itkilərimiz oldu: “Müharibədən sonrakı ilk mərhələdə 62 nəfər əsir götürüldü, ondan sonra yenidən əsir götürüldü və iki gün əvvəl biz öyrəndik ki, Ermənistan tərəfdən azı 32 nəfər əsir götürülüb və müharibə davam edir”.
A.Vanetsyan qeyd edib ki, Paşinyana səs verən vətəndaşların 50%-dən çoxu seçimindən peşman olub: "Ermənistanda şirkətlərdən birinin keçirdiyi sorğunun nəticələri acınacaqlıdır. Rəsmi məlumatlara görə, ölkəmizdən 100 min insan miqrasiya edib. Paşinyan iki gün əvvəl Sünikin (Zəngəzur) 6 kəndində 250 ailənin yaşadığını bildirib. Halbuki bu rəqəm də inandırıcı deyil. Həmin ailələr də gedəcəklər. Nə edirsən, bu dearmenizasiyadır (ermənisizləşdirmə). Sonda bizə yalnız İrəvan qalacaq".
Partiya sədri Paşinyanın növbəti səhvindən də danışıb: “Nikol Paşinyanın növbəti ən böyük səhvi Ermənistanın sərhəd xəttinin haradan keçdiyini millimetr dəqiqliklə bildiyini söyləməsidir. Bu ölkədə heç kim Ermənistanın sərhədlərini belə dəqiqliklə bilə bilməz. Mən bunu təhlükəsizlik üzrə mütəxəssis, sərhəd qoşunlarının keçmiş rəisi kimi deyirəm. Ermənistanın 100%, millimetr qədər dəqiq sərhəd təsviri yoxdur”.
O qeyd edib ki, delimitasiya və demarkasiya zəruri proseslərdir, lakin onların lazımi ilkin şərtləri və müvafiq qaydası olmalıdır: "Paşinyanın sovet xəritələrinə istinadla verdiyi açıqlamalar əsassızdır. Sovet İttifaqı dövründə Sovet Ermənistanı yalnız İran və Türkiyə ilə həmsərhəd idi. Bizim Azərbaycan və Gürcüstanla inzibati sərhədlərimiz var idi və inzibati sərhədlər dövlət sərhədlərindən əhəmiyyətli dərəcədə fərqlənir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB