Paşinyanın Zəngəzurda şok açıqlamaları: Naxçıvana yol verilməlidir, Qarabağı unudun
“Hraparak” qəzeti yazır ki, Nikol Paşinyan Zəngəzur (Sünik) icmalarının rəhbərləri ilə görüşündə təkcə Zəngəzurdan keçən dəhlizdən danışmayıb, həm də Qarabağla bağlı sensasion bəyanat verib. SİA xəbər verir ki, bu barədə erməni mediası yazır.
Qəzetin məlumatına görə, Paşinyan görüş zamanı toplantı iştirakçılarının qarşısında çıxış edərkən açıq şəkildə bildirib ki, Qarabağın Azərbaycana aid olması fikri ilə razılaşmaq və buna alışmaq lazımdır. Baş nazir bildirib ki, biz 30 ildə özümüzü aldatmışıq və sonda baş verənlər baş verməli idi.
“Hraparak” qəzetinin əməkdaşı bu barədə bir neçə icma liderindən məlumat almağa çalışıb. Lakin həm Tatev icmasının rəhbəri, həm də Gorus şəhərinin vitse-meri sualı dinləyiblər və şərh verməkdə də çəkinməyiblər.
Görüşə gəlincə, onlar bildiriblər ki, Paşinyan Zəngəzur (Sünik) bölgəsinin rəhbərlərinə deyib ki, biz Azərbaycandan Naxçıvana və geriyə gedən yolları bağlaya bilmərik. Sünikdən keçməklə Azərbaycandan Naxçıvana gedən yolun qapadılmasını təmin edə bilmərik. Əgər biz bunu etmək istəsək Əliyev buna hərbi yolla nail olmağa çalışacaq və bizim Azərbaycanın qarşısında durmağa gücümüz vəresursumuz yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB