ABŞ-dakı “Demokratiya Forumu”nda demokratiya əlaməti yoxdur ŞƏRH
Müxalifətçi funksioner: “Forumda” iştirak edəcək 110 ölkənin siyahısı, yüngül desəm, ciddi suallar yaradır”
Məlum olduğu kimi, ABŞ-da “Demokratiya Forumu” adlı tədbir keçiriləcək və bu tədbirin keçirilməsinin pərdəarxası məqamlarından da biri budur ki, onun baş tutması üçün ən çox canfəşanlıq edənlər bir sıra ölkələrdə “demokratiya” adı altında inqilablar törədənlər, siyasi quruluşları dəyişməklə vassallıq yaradanlar, ümumiyyətlə, Soros kimi araqarışdıranların maraqlarını təmin edənlərdirlər. Bu mənada, hazırda Azərbaycanda özlərini “əsas müxalifət”, yaxud “demokratik düşərgə” kimi zorən ictimai rəyə sırıyanlar Azərbaycanın nəyə görə həmin dırnaqrarası tədbirə dəvət alınmamasını ölkə hakimiyyətinə ittiham yağdırmaqla bağırırlar. Lakin görünən budur ki, Azərbaycanın bu kimi lazımsız və qeyri-səmimi tədbirlərdə iştirak etməsinin ümumiyyətlə, marağı və arzusu yoxdur. Bu fakt isə növbəti dəfə sübut edir ki, sözügedən “əsas müxalifət” əslində satılmış, xarici təşkilat və qurum agentləri, dosonçuları və s. tipli fərdlərdən başqa heç nə deyil.
ABŞ-ın indiki yanaşmasının uğurlu olması çətin görünür
Və bu gün Azərbaycanda fəaliyyət göstərən digər müxalifət partiyaları da var ki, onlar ABŞ-dakı “Demokratiya Forumu”a haqlı olaraq barmaqarası baxır, tədbirin səmimiyyətdən kənar, heç bir demokratik dəyərlərə xas olmadığını qeyd edirlər.
SİA xəbər verir ki, ReAl partiyasının funksioneri Natiq Cəfərli də hesab edir ki, həmin tədbirin heç bir demokratik dəyərlərə aidiyyatı yoxdur. “ABŞ-ın təşəbbüsü ilə “Demokratiya Forumu” adlı bir online tədbir keçiriləcək. Dünya üzrə 110 ölkə tədbirə dəvət alıb, siyahıya baxanda, ölkə adlarını görəndə anlayırsan ki, bu forumun “demokratiya” ilə əlaqəsi yoxdur”, deyən müxalifətçi partiya funksioneri onu da qeyd edib: “Forumda” iştirak edəcək 110 ölkənin siyahısı, yüngül desəm, ciddi suallar yaradır, maraqlı formatın əhəmiyyətini azaldır...Və ya, necə ola bilər ki, İraq bu tədbirə dəvət alsın, amma Macarıstan yox?! Macarıstanda seçki də var, demokratik təsisatlar da, iqtisadi institutlar da. Bəs İraqda nə var?!”
Onun sözlərinə görə, ABŞ-ın indiki yanaşmasının uğurlu olması çətin görünür və heç bir əhəmiyyət kəsb etməyəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB