Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsi anılıb

Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsi anılıb

Qusar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Qurbanov Çingiz Salman oğlunun doğum günündə xatirəsi anılıb. Tədbirə qatılan YAP Qusar rayon təşkilatının rəhbərliyi və fəalları, şəhidin ailə üzvlərini və Qusar şəhərindəki Şəhidlər Xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət etmiş və ruhuna dualar oxumaqla, xatirəsini yad etmişdir. Sonra Qusar Dövlət Ləzgi Dram Teatrının səhnələşdirdiyi Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş Abdulla Qurbaninin "Çingiz dastanı" tamaşasına baxış keçirilib.

Qeyd edək ki, Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olmuş və 2016-cı ilin 29 dekabrında erməni kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Çingiz Qurbanov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə