Media nümayəndələrinin Kəlbəcər rayonuna səfəri təşkil edilib - FOTOLAR

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonuna kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürülüb. Müsahibələr zamanı hərbi qulluqçularımız Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, döyüşlərdəki xatirələrindən danışıblar.

Kütləvi informasiya vasitələrinin nümayəndələri Kəlbəcər rayonu ərazisində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...