"Əslində, Fransanın həmsdrlikdən çıxarılması ilə bağlı məsələ çoxdan qaldırılmalı idi. Çünki, hələ müharibədən öncəni bir kənara qoyuram, Fransa müharibənin gedişində də Azərbaycana qarşı həddən artıq xəyanətkar bir mövqedən çıxış etdi. Dağlıq Qarabağın statusunu tanımaq məsələsi gündəmə gəldi. Sonra 1912-ci ildəki ordusu haqqında fikirləşməyən Fransa 138 il sonra birdən-birə ağıllandı ki, ordu yaratmaq lazımdır. Hətta, Qarabağa sülhməramlı adı ilə qoşun göndərmək istəyir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
O, qeyd edib ki, halbuki bu ordu bütün dünya bilir ki, müsəlmanların düşmənidir. Şimali Afrikada fransızlar təkcə Əl-Cəzairdə 1 milyondan çox müsəlmana qarşı soyqırımı həyata keçirib. Hələ mən Fransanın digər bu kimi hərəkətlərindən bəhs etmirəm. Belə bir şəraitdə Fransanın haqqın yanında olması mümkünsüzdür. Hamı da bilir ki, Makron türk əsilli ermənidir. Vaxtilə Türkiyədə yaşayıb, 1937-ci ildə Ermənistana köçüblər sonra isə Fransaya gediblər. Arvadının da əri erməni idi. Bütün hallarda Makronun bütün ətrafı ermənidir.
Cümşüd Nuriyev bu haqda fikirlərini belə izah edib: "Belə bir şəraitdə Azərbaycan, əlbəttə, Fransanın həmsədrliyindən imtina etməlidir. Ümumiyyətlə, cənab Prezident buyurdu: “ATƏT-in hansı həmsədrliyindən danışmaq olar ki, 30 il bunlar Azərbaycanı hərəkət etməyə qoymadılar”.
ATƏT bizim başımızın yastıq qoyub bizi sakitləşdirdi. Ümumiyyətlə, ATƏT bizə lazım deyil. Fransa oradan çıxmalıdır. Yerinə Türkiyə və Pakistan daxil olmalıdır. Azərbaycan bunu istəməlidir. Əgər hardasa, ədalət, demokratiya istəyirlərsə, Azərbaycanın istəkləri nəzərə alınmalıdır. Fransadan çoxdan imtina etmək lazım idi. Fransız mallarına boykot edilməlidir. Martda Fransada yenə seçki olacaq. Ermənilər yenə şərəfsizlik ilə məşğuldular. Bu həmin Fransadır ki, 1915-ci ildə saxta erməni soyqırımı keçirən qüvvələr ordadır. Bu həmin fransadır ki, türk diplomatlarını öldürən erməni terrorçularına sığıncaq verib. İndiki şəraitdə Azərbaycanın əleyhinə olan bir Fransadır. Nəyə görə, Fransanı sevməliyik. Ona görə də, çox ağıllı bir tələbdir. Ancaq prosedur fərqlidir. Onlar özləri təşkilatdan ayrılmaq qərarı verib, 6 ay sonra üzvlüydən çıxa bilərlər. Ancaq ən azından bu siyasi denonsdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB