Sərhədin demarkasiyası ilə bağlı Ermənistanda keçiriləcək dinləmələr barədə RUSİYA MƏTBUATI YAZIR
Noyabrın 25-də Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası məsələsi üzrə parlament dinləmələri keçiriləcək. SİA xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətinə istinadən çərşənbə axşamı Rusiyanın RİA Novosti Agentliyi məlumat yayıb.
“Noyabrın 25-də “Ermənistan” fraksiyasının təqdim etdiyi “Sərhədin delimitasiyası və demarkasiyası problemləri” mövzusunda Milli Assambleyanın bəyanatı layihəsinə dair parlament dinləmələri keçiriləcək”, deyə qurumun saytında yer alan məlumata istinadən sözügedən agentlik informasiya dərc edib.
Qeyd olunur ki, noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyanın bildirdiyinə görə, Rusiya Federasiyası Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hazırlıq işləri ilə bağlı təkliflə çıxış edib. O, respublikanın müdafiə naziri Suren Papikyana Rusiya Federasiyasının təklifləri əsasında işə başlamaq üçün rusiyalı həmkarı ilə təkliflərin təfərrüatlarını dəqiqləşdirməyi tapşırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB