Bu gün layiqsiz və həyasız bir düşmənlə üz-üzə qaldıq, onu diz çökdürdük. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışdıq. Bu layiqsiz, azğınlaşmış, quldur düşmənlə nə qədər danışıqlar aparmaq olar? Elə bildilər ki, 30 il bu məsələni belə süründürə-süründürə həll edəcəklər. Ancaq Qalib Liderimizin “Dəmir yumruq” siyasəti və Güclü Ordumuzun igid əsgər və zabitlərinin gücü ilə 44 gündə bu 30 illik həsrətə son qoydu. Anlamadılar ki, özgəsinin torpağına göz dikənin gözünə qan gələr! Torpaqlarımızdan iti qovan kimi qovduq. Şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürdük, onlara yerlərini göstərdik, onların başından elə zərbə vurduq ki, çətin ayılsınlar... Bu gün də düz yolda gəlməyən bu quldur, goreşənlərin belini qırırıq, qıracağıq!..
Min hoqqalardan çıxanlara düz yol göstərən Qalib Liderimiz iftiralar irəli sürən bəzi Avropa ölkələrinə “Getsinlər güzgüyə baxsınlar...”,-deyərək bildirib ki, «biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur!..". Və “Dəmir yumruq”un gücü göstərdi ki, Qarabağ problemi yoxdur, dünyada bir erməni xəstəliyi var. Qarabağ məsələsini “Qordi düyünü”nə çevirən keçmiş ATƏM-in adı dəyişdirilən indiki varisi ATƏT oldu. Ermənipərəst güclərin ATƏT-in Minsk qrupunu yaratmaqda məqsədləri Qarabağ məsələsini ermənilərin xeyrinə həll etmək idi. Sonradan ermənipərəst güclər ciddi-cəhdlə Fransanı qrupa pərçimlədilər. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərini təmsil edən “üç muşketyor” müəyyənləşdirdikləri qrafik əsasında Cənubi Qafqaza səfərlər edib, ermənilərə göz-qulaq oldular. ATƏT-in Minsk qrupunun məqsədi yaratdıqları “Qordi düyünü”nü monopoliyada saxlamaq idi. Dinc yol, sülh və danışıqlar yolu deyərək vaxtı uzatmaqla mənfur məqsədlərini həyata keçirmək istədilər. Ən çox da canfəşanlıqla daha çox hay-küy salan Fransa yox, prezident Makron oldu. Makron da Paşinyan kimi elə həyasızlığını, “erməni” xəstəliyinə yoluxduğunu nümayiş elətdirdi.
Bu məqamda belə bir söz də var: “Özünə qırmanc vurdurmaq istəməyən...” Yəni donuz darıdan çıxmayanda, yəqin ki, qırmanclayarlar. Və anlamadılar ki, «dəmir yumruğun» gücü “Qarabağ” adlı problemi yox etdi.
Dövlət başçımızın dediyi kimi: “Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.
Başqa cür də ola bilməzdi. Bu gün nəticə göz önündədir. Bu gün dəmir yumruğa çevrilən 44 günlük Vətən Müharibəsinin Zəfər Günü bütün dünyaya sübut etdi ki, haqqın, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda Vətən Müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti, Güclü Ordumuz, rəşadətli, qorxmaz əsgər və zabitlərimizin gücü ilə nail oldu və Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!
Budur nəticə və bu gün dəmir yumruğumuzun qüvvəsindən əzilən özü haqqında məğlubedilməzlik sindromu yaradan Paşinyana və onun ətrafına yerini göstərdi və əzilən bu yumruğun təsirindən özlərinə gəlmək üçün Ermənistana illər lazım gələcək.
Çünki Qarabağ Azərbaycandır! Və bu it kimi qovulanlar bilməlidirlər ki, özgəsinin torpağına göz dikənin gözünə qan gələr!
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB