"Ermənistan heçnəyə nail ola bilməyəcək" - SİYASİ EKSPERT AÇIQLADI

"Ermənistan heçnəyə nail ola bilməyəcək" - SİYASİ EKSPERT AÇIQLADI

“Noyabr ayının 16-da Ermənistanın atəşkəsi pozub vəziyyəti gərginləşdirməsi ilə bağlı addımları təbii ki, regionda yeni yaranmış reallıqları və sülhü pozmağa cəhd kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, gözlənilirdi ki, noyabr ayının 19-da Moskvada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Rusiyanın vasitəçiliyi ilə görüş keçirilsin: “Bildiyimiz kimi baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu çərçivəsində işlər aparılır. Lakin bu görüşdə artıq kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması ilə bağlı hər hansı bir real sənədin imzalanması gözlənilən idi. Bu razılaşmadan yayınmaqdan, yenidən vəziyyəti gərginləşdirməkdən ötrü Ermənistan bu cür yollara əl atır. Bu da ermənilərinin xislətinin hələ də dəyişmədiyinin bir göstəricisidir. Nikol Paşinyan artıq anlayır ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Digər tərəfdən bu təxribatların törədilməsində regional güclərin də maraqları var. Ancaq Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Sərhədlərin delimitasiya və demarkasiya prosesi başlanmalı, daha sonra sülh müqaviləsi bağlanmalı və Ermənistan Azərbaycanın sərhədlərini tanımalıdır. Düşünürəm ki, Ermənistan tərəfindən bu cür təxribatlar olacaq. Onlar bu cür yollara yenidən əl atacaqlar. Amma bir şeyi başa düməlidir ki, bu kimi addımlarla Ermənistan heçnəyə nail ola bilməyəcək. Düşünürəm ki, qarşıda Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi ilə real nəticələrin əldə olunmasının şahidi olacağıq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə