Sabunçuda YAP-ın təsis olunmasının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında partiyanın təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin üzvü Əliabbas Salahzadə və ərazi ilk partiya təşkilat sədrləri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə əklil və qızılgül dəstələri düzüblər.
Sonra tədbir Bakı Gənclər Mərkəzinin akt zalında Dövlət Himninin səsləndirilməsi, YAP-ın qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının Sədri Misirxan Vəliyev cıxış edərək bildirdi ki , Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqımıza Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini, unudulmaz anlarını yaşadıb. Xalqın təkidi tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizdə vətandaş müharibəsinin qarşısını aldı, dövlətimizi bəlalardan xilas etdi. Azərbaycanın üçrəngli bayrağını bütün dünyaya tanıtdı. Bu gün Heydər Əliyev irsinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev Azərbaycanımızı daha da inkişaf etdirdi. Qətiyyətli, uzaqgörən siyasəti nəticəsində rəşadətli Ordumuzun qüvvəsi sayəsində 44 günlük müharibədə düşmən tapdağı altında olan ərazilərimiz azad edildi. Yeni Azərbaycan Partiyası Qələbələr Partiyasıdır.
Daha sonra çıxış edənlər Sabunçu rayon İcra Hakimiyyətinin birinci müavini Güloğlan Məmmədov, ərazi ilk partiya təşkilat sədrləri Ramidə İbrahimova, Cavad Mustafayev, Gülnaz Abdullayeva və fəal gənc Sərxan Şahverdiyev çıxış edərək bildirdilər ki, hakim partiyanın yaranması yüksək səviyyədə təşkilatlanması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq məqsədilə yaradılan partiyadır. Bu gün də bu ənənələr layiqincə davam etdirilir. Çıxış edənlər Partiyamızın Sədri, ölkə Prezidenti , Ali Baş Komandan İlham Əliyevlə qürur duyduqlarını və hər kəsi bundan sonra da Onun ətrafında daha sıx birləşməyə çağırdılar.
Sonda bİr neçə partiya fəalları Fəxri Fərmanlarla təltif olundu.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB