Qələbə Azərbaycan xalqının Zəfər məramına, Vətən sevgisinə şahidlik etdi ŞƏRH

Bir il bundan öncə Azərbaycan xalqı, dövləti və Ordusu elə bir şanlı tarix yazdı ki, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala cəmi 44 gündə son qoydu. Şanlı Ordumuz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədi, illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti ilə qəhrəman Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, Vətən sevgisinə şahidlik etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə 2021-ci ilin noyabr ayının 12-də iştirakı etmişdir.
Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi Qərarla "Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməşində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfəsi, bölgədə davamlı sülh və stabilliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Prezident İlham Əliyev böyük şərəflə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilmişdir.
Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən demişdir: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır. Müharibə dövründə Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır.
Türk Dövlətləri Təşkilatının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq yeni ad altında fəaliyyət göstərəcək) dünya üçün önəmi bundan sonra da artacaq. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var.

Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir. Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir. Eyni zamanda, Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedicidir.
İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. Nəqliyyat baxımından Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Zəngəzur dəhlizi həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Bu gün bu coğrafiya bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir.
Öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək. Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər".
Qarabağ Zəfəri bizə böyük qürur yaşadır. Azərbaycan xalqı buna çox böyük önəm verir.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi İcraiyyə Komitəsi Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması münasibəti ilə təbrik edir. İnanırıq ki, Dövlət Başçısının rəhbərliyi ilə Qarabağda aparılan bərpa və yenidənqurma prosesi, keçmiş məcburi köçkünlərimizi geri qaytarmaq üçün müasir infrastruktur yaradılması tezliklə başa çatacaqdır.

Hacı Hacıyev
Azərbaycan KP MİK sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...