Laborant Əli niyə coşur? TƏRS BAXIŞ

Laborant Əli niyə coşur? TƏRS BAXIŞ

Əbəs deyil ki, artıq VİP-dən istefa vermiş Əliyar Şirməmmədov bu gün Əli Əliyevi kobud adam, diktator və avtoritar idarəçi adlandırır.

Bu gün özünü partiya lideri kimi təqdim edən Əli Əliyevin, əslində, siyasi təşkilatının adına uyğun fəaliyyət göstərməməsi göz önündədir. Hətta daha dəqiq desək, Əli Əliyevin sədri olduğu partiyasındakı “vətəndaş” ifadəsinin ona aidiyyatının olmadığını artıq əminliklə söyləmək mümkündür. Bizlər uzun illərdir siyasi meydanda kimin-kim olduğunu yaxşı bilir və xatırlayırıq. Bu, həmin Əli Əliyevdir ki, heç bir intellektual, dürüstlük, siyasi qabiliyyət səviyyəsinə malik olmayan fərd kimi daim parçalayıcı fəaliyyəti ilə yadda qalıb. Bu gün isə özünü “VİP sədri” kimi təqdim edən Əli Əliyev vaxtilə AMİP-də ona etibar olunmuş idarəçiliyə qarşı xəyanət etdi, nəticədə oradan qovuldu. Sonradan isə özünə “partiya” yaradaraq ölkənin siyasi gündəminə zorla, özünü sırımaqla daxil oldu.

Lakin o da bəllidir ki, əgər bir adam xəyanət edibsə, o, yenidən həmin xəyanəti təkrar edə bilər, çünki buna alışıq olur. Məsələn, təşkilatı daxilində onunla birlikdə uzun illər çiyin-çiyinə dayanmış, fəaliyyət göstərmiş sədr müavini, qurumun Siyasi Şurasının üzvü Əliyar Şirməmmədova qarşı davranışlarında olduğu kimi. Əbəs deyil ki, artıq VİP-dən istefa vermiş Əliyar Şirməmmədov bu gün Əli Əliyevi kobud adam, diktator və avtoritar idarəçi adlandırır.

Əli Əliyev kimi siyasət həvəskarı bir müddət əvvəl Şanlı Qələbəmizi kölgə altında qoymağa cəhdlər göstərən ünsürlərdəndir

Əgər biz bu məsələdə Əli Əliyevin digər tərəflərini də analiz edərək, onun haqqında nəticələrə gəlməliyik. Çünki biz, onun siyasi fəaliyyətində daha böyük xəyanətinin - dövlətə, xalqa, dövlətçilik maraqlarına qarşı aşkar münasibətlərini sadalaya bilərik. Biz xüsusilə unutmamalıyıq ki, Əli Əliyev kimi siyasət həvəskarı bir müddət əvvəl Şanlı Qələbəmizi kölgə altında qoymağa cəhdlər göstərən ünsürlərdəndir. Bu faktın özü bilavasitə düşmən dəyirmanına su tökmək deyilmi? Bu fakt isbat etmədimi ki, Əli Əliyev öz yöndəmsiz, məzmunsuz və məntiqsiz ifadələri ilə erməni maraqlarına xidmət göstərib? Məncə, bundan artıq sübuta, təsdiqə də heç bir ehtiyac qalmır!

Artıq Əli Əliyevin qaragüruhçuluğu, partiyadaxili diktatorluğu tarixin arxivinə atılmış lazımsız bir əşya xarakteri daşımaqdadır. Xatirinizdədirsə, pandemiya ilə mübarizəyə başlayan ilk vaxtlarda da “VİP” sədri özünü dağa-daşa vurmaqla isterik davranışları ilə gündəmdə qalmağı düşünürdü. Amma nə oldu? Ölkədə pandemiya ilə mübarizədə kifayət qədər uğurlar əldə olundu və ümumilikdə ümumbəşəri bəlaya çevrilən koronavirusun vurduğu fəsadlara görə ağlına gələni danışdı. Lakin bu oyunbazlıqları da nəticəsiz qaldı.

İndi isə yenidən VİP daxilində od-alov püskürən laborant Əlinin yenidən isterik səhnələrinin tamaşaçılarına çevrildik. Belə ki, əsassız iddiaları ilə normal düşüncəli insanlar içində yaşamağın mümkünlüyünü anladıqca, o, daha da aqressivləşir, hətta partiyadaşlarına qarşı diktatorluq münasibətlərini daha da artırır. Amma əlbəttə ki, bütün bunlar əbəs çabalamalardır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə