“Bayden Paşinyanı ABŞ-a dəvət etməyib” - Suren Sarkisyan

“Bayden Paşinyanı ABŞ-a dəvət etməyib” - Suren Sarkisyan

“Dünən Ermənistanın baş naziri Paşinyanın Demokratiya Sammitində iştirak etmək üçün Baydendən dəvət alması və onun iştirakını təsdiqləməsi barədə manipulyasiya xarakterli xəbər yayılıb". Bu xəbəri beynəlxalq ekspert Suren Sarkisyan öz Facebook səhifəsində paylaşıb.

SİA xəbər verir Sarkisyan yazıb: "Guya ki, Nikol Paşinyan Co Baydendən dəvət alıb və tezliklə ABŞ-a gedəcək. Bir neçə məsələni aydınlaşdırmağa ehtiyac var. Birincisi, Bayden tək Paşinyanı dəvət etməyib, o, 120-yə yaxın ölkənin liderini dəvət edib.İkincisi, baş naziri Vaşinqtona deyil, onlayn sammitdə iştiraka dəvət edib. Belə olan halda Paşinyanla Baydenin görüşü də qeyri-mümkündür. Bundan başqa dəvət dünənki qarşıdurma zamanı deyil, bir neçə gün əvvəl göndərilib. Türkiyə və Azərbaycan bu sammitə dəvət olunmadıqlarını bizim ən böyük nailiyyətimiz kimi görənlərin diqqətinə çatdırmaq istəyirəm ki, heç Çin, Rusiya və İran da tədbirə dəvət edilməyiblər. Və nəhayət, onlayn tədbir yaxın günlərdə deyil, dekabrın 8-dən 10-a kimi baş tutacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə