Qusar rayonunun Cibir kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Bəyverdiyev Rafik Nurməhəmməd oğlunun ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimə YAP Qusar rayon təşkilatının rəhbərliyi və fəalları, rayonun idarə-müəssisə rəhbərləri, şəhid ailəsinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri qatılıb. Mərasim iştirakçıları tərəfindən əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunmaqla xatirəsi yad edilib.
Sonra ziyarətçilər şəhid Rafik Bəyverdiyevin ailəsini ziyarət edib, onları narahat edən problemlərlə maraqlanıblar. Şəhidin atası Nurməhəmməd Bəyverdiyev onlara göstərilən dövlət qayğısına görə, ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB