"ABŞ-ın "Demokratiya sammiti" bir çoxlarında istehza doğurur” - MÜNASİBƏT BİLDİRİLDİ
“Amerika Birləşmiş Ştatlarının keçirdiyi "Demokratiya sammiti" Amerikanın ikili standartlarının məhsuludur. Amerika demokratiyaya belə yanaşır. Həmin "Demokratiya sammiti"ndə İraq dövləti də iştirak edib. Hansı ki, İraqda nə demokratiya, nə də normal dövlət quruluşu yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, həmin "Dekokratiya sammiti"nə Suriya da dəvət edilmişdir: “Amma Türkiyə kimi demokratik ənənələri olan demokratiyanın tam oturuşduğu ölkəni o cümlədən də bizim ölkəni həmin sammitə dəvət etməyiblər. Bu yanaşma yanlış yanaşmadır. Demokratiyanın özünü hörmətdən salmaq deməkdir. Yəni Türkiyədə çoxpartiyalı sistem çoxdan yaranmışdır, seçkilər tam şəffaf şəkildə həyata keçirilir və hakimiyyət seçki yolu ilə dəyişilir. Yəni klassik demoktatik quruluşu olan dövləti bu sammitə dəvət etməmək sırf Türkiyə ilə münasibətlərin normal olmaması idi. Bu, ABŞ prezidenti Co Baydenin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xoş olmayan münasibətindən irəli gəlir. Eyni münasibəti Azərbaycana da göstərirlər.
Azərbaycan müstəqilliyini qazandığı 30 ildir və bu 30 ildə ərzində başı həmişə erməni işğalına qarışıb. Normal demokratik dövlət quruculuğu siyasətini həyata keçirib. Bizdə çoxpartiyalı siyasi sistemdən də həddindən artıq partiya var. Həmin partiyaların qəzet və saytları fəaliyyət göstərir. Onların bəziləri internet televiziyasına malikdirlər. Yəni fikirlərini azad və sərbəst şəkildə bildirmək üçün dövlət onlar üçün lazım olan imkanları yaradıb. Onları rəsmi sürətdə qeydiyyata alıb, dövlətin mülkiyyətində olan binalarda işləmək üçün ofislər verilib. Eyni zamanda çoxpartiyalı siyasi sistemin iştirakı üçün seçkilərdə iştirak hüququ yaradılıb, hansı ki, onlar prezident seçkilərində, parlament seçkilərində, bələdiyyə seçkilərində iştirak edirlər. Demokrativ dövlət quruculuğunu qarşısına məqsəd kimi qoyub və bu yolda xeyli yol qət edib. Amerika normal demokratiyaya gəlib çatmaq üçün 200 ildən çox vaxt sərf edib. Amerikada 1956-cı ilə kimi bir sıra narsist əlamətlər mövcud olmaqda davam edib. İndi bu ölkə demokratiyanın bir sıra müddəaları ilə hərəkət etməyə imkan qazanıb. Amma Amerikanın o hüququ yoxdur ki, heç kəsin demokrativ məsələlərinə öz qiymətini versin və o öz qiyməti ilə də həmin dövlətlərin sifarişi ilə sammit keçirsin. Bu sammit siyasi xarakter daşıyır. Amerikanın geosiyasi maraqlarına xidmət edən bir tədbirdir və onlar bu yolla dünyanı öz təsir dairələrində saxlamağa çalışırlar. Bu isə bir çoxlarında istehza doğurur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB