"Bu hallar Ermənistanı daha da gözdən salır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu hallar Ermənistanı daha da gözdən salır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Son günlər Ermənistan hərbiçilərinin və revanşist qüvvələrin nümayəndələri təxribatlar törədirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, son günlərdə bilirsiniz ki, Azərbaycan öz ərazilərini, tarixi torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistan tərəfi yenidən atəşkəsi pozur və yenidən təxribatlar törətməyə çalışır: “Yadınızdadırsa sonuncu dəfə onlar atəşkəsi pozduqda onları sərt cavab atəşi ilə susdurduq və nəticədə tarixi torpaqlarımızı işğaldan azad etdik. Yəni bu onlara baha başa gəldi. Bu təxribatlar mənə elə gəlir ki, hələ bir müddət də davam edəcək. Çünki Paşinyan hakimiyyəti və özünün də bildirdiyi kimi regionda sülhün tərəfdarıdırlar və sülhü dəstəkləyirlər. Zəngəzur dəhlizinin açılması mütləqdir. Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında olan əngəl mütləq şəkildə açılmalıdır və Ermənistan tərəfi buna razılıq verməlidir və verəcəkdir. Eyni zamanda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da çıxışlarında bildirib ki, mütləq şəkildə Ermənistan hakimiyyəti bu razılaşmaya uymalıdır və qəbul etməlidir.

Bilirsiniz ki, 2020-ci il 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktını imzalayarkən çox yaxşı bilirdi ki, bəzi müəyyən strateji yollar açılmalıdır. Həmçinin 2021-ci ilin yanvar ayında üçtərəfli görüş oldu və bu görüşdə də Ermənistan tərəfi öz üzərinə müəyyən öhdəliklər götürdü ki, bunlardan biri məhz Zəngəzur dəhlizinin açılması, Azərbaycanın ərazi bütövlüyünün tanınması və nəqliyyat dəhlizlərinin istifadəyə verilməsinə razılıq vermək və dəstək vermək idi. Bilirsiniz bir növ Ermənistanı Azərbaycanla eyni tutmaq mümkün deyil. Ermənistan hakimiyyətini, dövlətini Azətbaycanla bir tutmaq doğru deyildir çünki Azərbaycanda Ali Baş Komandan var, onun qərarlarını ölkə həm xalq olaraq, həm də dövlət olaraq birmənalı şəkildə dəstəkləyir. Ancaq Ermənistanda belə deyil, orada revanşist qüvvələr var.

Sarkisyan, Ohanyan, Koçaryan üçlüyünün rəhbərlik etdiyi bir qruplaşma var və bu qruplaşma da regionda baş verən sülhün tərəfdarları deyillər. Onlar var gücləri ilə bu cür təxribatlar yaratmağa çalışırlar ki, sülhün qarşısını alsınlar. Bu dəhlizlərinin açılışlarının qarşısını almağa çalışırlar. Paşinyan hakimiyyəti ilə onun təyin etdiyi məmurlar arasında çox vaxt anlaşılmazlıq yaranır ki, bu da ölkədə problemlərə səbəb olur. Bunda revanşist qüvvələrinin təsiri yüksəkdir. Açıq bəyan etmək lazımdır ki, Ermənistanda müdafi nazirliyi və hərbi sahə ilə mülki qurumlar arasında müəyyən problemlər var. Bu da ondan irəli gəlir ki, Ermənistan hərbisi hələ də Sarkisyan, Ohanyan, Koçaryan terrorçularının təsiri altındadır. Bu həqiqətdir və buna görə də bilirsiniz ki, Paşinyan artıq bir çox islahatlar aparmağa cəhd edir, eyni zamanda Ermənistanın hazırkı prezidenti müdafiə nazirliyini işdən çıxartdı, hərbi sahədə çalışan generallar vəzifədən uzaqlaşdırıldı. Bunların hamısının səbəbi bayaq qeyd etdiyim kimi təxribatlara meyilli olmaları və revanşist mövqedən çıxış etmələri idi. Hakimiyyətin deyil terrorçu qüvvələrin əmrlərini yerinə yetirirdilər. Bu hallar Ermənistanı daha da gözdən salır. Bunları Paşinyan da bilir, onun hakimiyyəti də hətta dünyanın bir çox ölkələri həm Rusiya, həm Fransa, həm də ABŞ bilir. Dövlətlər bilirlər ki, Ermənistan yenə belə etməyə davam etsə Ali Baş Komandanın dediyi kimi Azərbaycanın dəmir yumruğuna məruz qalacaqlar və çox böyük zərərlə bu mübarizədən çıxacaqlar. Hazırda Ermənistanın nə hərbi texnikası, nə də hərbiçiləri qalmayıb. Mənə elə gəlir ki, onların bizlə döyüşə çıxmağa vəsaitləri yoxdur. Ermənistanda əhali ordan qaçmağa çalışır. Mən düşünürəm ki, bu cür təxribatlar Paşinyan hakimiyyətinə qarşı yönəlib və Paşinyan hakimiyyətini devirmək üçün edilir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə