YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhadətə yüksəlmiş Quba rayonunun Əlibəyqışlaq kəndindən olan qəhrəman vətən oğlu Əhmədov Rəvan Yafət oğlunun ildönümü ilə əlaqədar ailəsi və Əlibəyqışlaq kənd qəbiristanlığında məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Rəvan Əhmədov 24 oktyabrdan xüsusi təyinatlı kimi Şuşanın azadlığı uğrunda gedən döyüşlərə qatılır. Şuşa uğrunda döyüşlərdə yaralı komandirini xilas edir və bütöv bir taboru mühasirədən çıxarır. Lakin Qələbənin bir addımlığında - noyabr ayının 7-də hərbi əməliyyat zamanı düşmən snayperindən açılan atəş nəticəsində şəhadətə qovuşmuşdur. Əhmədov Rəvan Yafət oğlu şəhadətindən sonra Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək Şəhidlik zirvəsinə ucalıblar. Azərbaycanın mərd oğulları Şəhidlərimiz, Qazilərimiz bizim qürur mənbəyimizdir.
YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və ailəsinə səbr diləyib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB