"Azərbaycan kifayət qədər ölçülü-biçili hərəkət edir" - POLİTOLOQ AÇIQLADI
“Bölgədə vəziyyəti gərginləşdirən Ermənistan deyil. Bu təxribatlar hal-hazırda rus ordusunda xidmət göstərən ermənilərin əli ilə törədilən təxribatlardır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, bildiyimiz kimi Ermənistan ərazisində Rusiyanın hərbi bazası var: “Onların məqsədi Rusiyanın siyasi maraqlarını əldə etməkdir. Artıq Rusiya da bölgədə necə möhkəmlənəcəyini bilmir. Ona görə də bu cür təxribatlara əl atır. Ermənistanı ittifaq dövlətinə qoşmaq istəyir. Daha sonra ittifaq dövlətinin üzvü kimi Azərbaycana siyasi təzyiqi artırmağa çalışacaq. Çünki KTMT-nin əli ilə bunu edə bilmədi.
İnanmıram ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu kimi təxribatlara uysun. Keçən ildə də görünürdü ki, Azərbaycan bu məsələlərdə kifayət qədər ölçülü-biçili hərəkət edir. Yəni bu qələbəni qazanan Azərbaycan dövləti və onun müzəffər ordusu bu təxribatlara da son qoyacaq və nəticədə Ermənistan sülh müqaviləsini imzalayacaq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB