"Bu, Moskvanın Qafqaz siyasətinin dəyişmədiyindən xəbər verir" - EKSPERT RƏYİ
“Son günlərdə baş verən təxribatlar bir daha göstərir ki, üçtərəfli bəyanatın prinsipləri yalnız Ermənistan tərəfindən deyil, həm də sülhməramlı missiyası daşıyan Rusiya tərəfindən də kəskin pozulur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
_(1).jpg)
Politoloqun sözlərinə görə, diversiya fəaliyyətlərinin artması və bu addımların nəinki Rusiya tərəfindən qarşısının alınmaması, hətta sifarişçisi rolunda çıxış etməsi faktoru da Moskvanın Qafqaz siyasətinin dəyişmədiyindən xəbər verir: “Bu münaqişə ocağının aradan qalxması Rusiyanın maraqlarına uyğun deyil. Əks halda, sülhməramlı qüvvələrin bölgədə varlığına ehtiyac qalmamaqla, eyni zamanda Moldovada, Gürcüstanda, Ukraynada, hətta artıq Belarusiyada da dayaqlarını itirmiş dövlətin Qafqaz regionundan da çıxarılması deməkdir”.
Z.Qarayeva vurğulayıb ki, bu baxımdan Rusiya təxribatların, dolayı yolla qeyri-sabit vəziyyətin olmasında maraqlıdır: “Hər bir azərbaycanlının həssas yeri olan Xocalıda Şöhrət xiyabanının salınması bizim milli maraqlarımıza və milli qürurumuza təhdiddir. Düşünürəm ki, Azərbaycan hakimiyyəti Rusiyanın hərbi qüvvələrinin 5 il tamam olmadan müvəqqəti yerləşdikləri bölgədən çıxarılmasını təmin edəcək. Əks halda, iki dövlət arasında sağlam münasibətlərdən danışmaq hələ çox zaman alacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB