“Bu addımlar Şuranın fəaliyyətinin inkişafına öz ciddi töhfəsini verəcək” - DEPUTAT AÇIQLADI

“Bu addımlar Şuranın fəaliyyətinin inkişafına öz ciddi töhfəsini verəcək” - DEPUTAT AÇIQLADI

“Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyəti yüksək səviyyədə qurulub. Bu təşkilatın hətta təşəbbüskarı, əsas ideyaçısı Azərbaycandır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.


Onun sözlərinə görə, 2019-cu ildə cənab Prezidentin rəhbərliyi ilə belə bir layihənin icrasına başlanıldı: “Həmin dövrdən Azərbaycan bu istiqamətdə ciddi çalışır. 2020-ci ildə pandemiya ilə bağlı Azərbaycan böyük bir tədbirə ev sahibliyi etdi. Azərbaycan və Özbəkistan şuranın tam üzvünə çevrildi. Türkmənistan və Macarıstan müşahidəçi kimi bu quruma qəbul edildi. Şura bundan sonra növbəti inkişaf mərhələsinə qədəm qoydu. Şura çərçivəsində mədəni, siyasi, iqtisadi əlaqələrin inkişafına hərtərəfli önəm verir. Türk dövlətləri ilə əməkdaşlığı hər zaman xüsusi həssaslıqla yanaşırdı. Azərbaycan Türk Şurası çərçivəsində Orta Asiya Respublikalarına, xüsusilə də Türkmənistana, Özbəkistana öz yardımlarını əsirgəməyib. Bir sözlə Azərbaycan burada əsas aparıcı rol oynayır. Bu qurumun inkişafı üçün Azərbaycan bütün ciddi addımları atır. Hesab edirəm ki, bu addımlar Şuranın fəaliyyətinin güclənməsinə, inkişafına öz ciddi töhfəsini növbəti illərdə verəcək”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə