"Azərbaycanın aktiv fəaliyyəti geniş perspektivlər açıb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Ulu Türk dövlətlərinin çağdaş tarixində əlamətdar hadisələr bir-birini əvəzləməkdədir, Türk birliyi bütün əzəməti ilə sözün əsl mənasında tarix yaradır. 12 noyabr Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi böyük birliyin təntənəsidir. Bu möhtəşəm tədbirin ardınca Türkdilli ölkələrin dövlət və hökümət başçılarının qatıldığı TDƏŞ Zirvə toplantısı baş tutub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputatın sözlərinə görə, “Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusu ilə keçiriləcək sammitdə liderlər çox gərgin gündəm məsələlərini müzakirə edəcək və təşkilatın gələcəyi ilə bağlı bir sıra mühüm məsələlər gündəliyə daxildir: “Bu tarixi Zirvə toplantısında Türkmənistanın Təşkilatda Müşahidəçi üzv kimi iştirakı, üçüncü ölkə və qurumlarla əlaqələri, müşahidəçi üzvlük meyarlarının müəyyən edilməsi, Türkiyə İnvestisiya Fondunun yaradılmasının tamamlanması, Türk Dünyası 2040 Vizyonunun təsdiqlənməsi planlaşdırılır. Eyni zamanda, cari regional və beynəlxalq siyasi və iqtisadi hadisələr də müzakirə olunacaq. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin daim prioritet istiqamətlərindən biri olub. Azərbaycanın Türk Şurasına sədrik etdiyi 2 ili təşkilat üçün uğurlu və məhsuldar dövr kimi xarakterizə etmək olar. Bu müddətdə Azərbaycan TDƏŞ-in fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə səy göstərib. Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu”.
S.Mikayılova vurğulayıb ki, türkdilli dövlətləri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ökələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığının əsasını təşkil edir: “Hazırda, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamları maraq göstərir, bu çərçıvədə 2021-ci il sentyabrın 10-da Bakı şəhərində “Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş” biznes forum keçirilib. Türk birliyinin siyasi, iqtisadi, humanitar istiqamətlər üzrə səmərəli inkişafı TDƏŞ-in əsas hədəfidir. Azərbaycanın TDƏŞ-də sədrliyi dövründə bu istiqamətdə aktiv fəaliyyəti təşkilatın hədəflərinə çatması üçün geniş perspektivlər açıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB