Antimilli şəbəkənin buyruq qulları - AXCP-"Milli Şura"-"beşinci kalon"... ŞƏRH
Və ya milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri iflasa məhkumdur
Göz eyni nöqtəyə baxmaqdan, dil eyni yalanı danışmaqdan, qulaq eyni sözləri eşitməkdən yoruldu. Amma dağıdıcı müxalifət yorulmadı. Onun tuği-lənət olub bu millətin boğazına keçmiş dağıdıcı “qanadın” satqınlar “sülaləsi” - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Leyla Yunus, Qənimət Zahid, Vidadi İskəndərli, Arif Məmmədov və bu kimi mənəviyyatsız, əxlaqsız erməni yalaqları 28 ildən bəridir ətrafa yalan, böhtan, xəyanət püskürür, xalqı xırda bir cığırdan böyük el yoluna çevrilmiş müstəqillik, firavanlıq və haqq yolundan sapdırmağa çalışırlar. Bu naqislərin dərdi, azarı nədir? Umacaqları nədir?
Doğrudan da, bu rəzillər hələ də anlamırlar ki, artıq xalq onları çoxdan tarixin zibilliklərinə atıb. Dialektikanın belə bir qanunu var: hər şey əvvəl-axır başlanğıc nöqtəsinə qayıdır. Ancaq nə yazıq ki, vaxtı ilə onların “siyasi meydanı” olan nə həmin çayxanalar qalıb, nə də onları dinləyəcək işsiz-gücsüz adamlar. 2003-cü ildən onların yerini xalq göstərdi – zibilxanalar!
Onu da vurğulamaq istərdim ki, bu gün onların “qatarı” çoxdan gedib. Fizikanın qanununda olduğu kimi: nöqtələr arasındakı məsafə artdıqca, biri kiçilib yox olur. Yəni yox olduğunuz halda, nə abırsızlıqdır sosial şəbəkələrdə edirsiniz? Çünki bu....
Antimilli ünsürlərin siyasi “anatomiyası”....
Siyasi leksikona “söyüş diplomatiyası” kimi üzdəniraq “məfhum” gətirmələri ilə öyünən mənəviyyatsız Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Leyla Yunus, Qənimət Zahid, Vidadi İskəndərli, Arif Məmmədov, Orduxan Teymurxan kimi milli dönük və xəyanətkarlar öz ağalarının diktəsi ilə, ilk növbədə, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin, pozulmuş ərazi bütövlüyümüzün bərpası və 44 gündə əldə olunan Qələbə Zəfərinin həmrəylik və birliyini həzm edə bilmirlər. “Sapı çürük olan baltalar” Azərbaycanı xaos və anarxiya məngənəsində çabalayan görmək istədikləri halda, Azərbaycanı son 18 il ərzində, məhz ölkə Prezidentinin məqsədyönlü, sistemli və müdrik siyasəti sayəsində ərazi bütövlüyümüz bərpa olunub, Qarabağ Azərbaycandırımıza sahib olmuşuq, Azərbaycan sabitlik və təhlükəszilik adasına çevrilmişdir. Bütün bu nailiyyətlər Xalqın öz Prezidentinə inamından, ətrafında sıx həmrəylik və birlik yaratmasının reallığıdır. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində AXC-Müsavat hakimiyyəti dövrünün hərtərəfli və obyektiv təhlili xüsusi diqqət çəkdi. Azərbaycan Prezidenti o vaxt iqtidarda olan AXC-Müsavat cütlüyünün ancaq öz maraqlarını güddüyünü, təcrübəsiz şəxslərin respublikanı idarə etdiklərini xatırladaraq dedi: “Belə insanlara xalq tərəfindən inam ola bilərdimi? Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. Bütün vəzifələrə rüşvət müqabilində insanlar təyin edilirdi... Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox...”.
Bütün bu gerçəkliklər fonunda Azərbaycan öz sivil mübarizəsindən bir addım da geri çəkilmir və erməni yalanının ifşası ilə bağlı dövlətini, millətini sevən hər kəslə əməkdaşlıq etmək üçün əlindən gələni əsirgəmir. Məhz buna görə də, erməni ilə həmrəy olan AXCP-“Milli Şura” olan antimilli şəbəkənin buyruq qulları bu realllıqları görməkdə kor, eşitməkdə kardılar. Bu mənfur, erməni riyakarlarının quyruq bulayanları Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli və bunlar kimi digər üzdəniraq ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə “xidmət” etdiklərini əvvəllər də nümayiş etdiriblər və bu gün də eyni iyrənc yoldadırlar. Ancaq bu dəfə işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə Zəfəri qazanmasından öz erməni xislətlərini nümayiş etdirərək əsl riyakarlıqlarını ortaya qoyublar. Nə yazıq ki, daha çox qrant almaq düşüncəsi ilə “SOROS”-a satılmış “sapı özümüzdən olan çürük balta saplarımız” ağızlarına gələni, hətta karantin qaydalarının demokratiyaya zidd olduğunu deyərək Azərbaycan iqtidarını heç bir çərçivəyə sığmayan sözlərlə tənqid edirdilər. Dünyanın heyran olduğu Azərbaycanın Vətən müharibəsindəki mübarizəsinə və qazanılmış Zəfərə, hətta xalqın müqəddəs dəyərlərinə və müqəddəs duyğularına, şəhidlərimizin ruhuna toxunan antimilli qüvvələr ermənipərəst açıqlamalar verməkdən hələ də usanmırlar.
Sözsüz ki, bu gün radikal müxalifətin nəyə və kimə xidmət etdiklərini ictimaiyyət, bütövlükdə isə xalq çox gözəl bilir. Bir də düşmən çətirinin altına sığınıb öz xalqına, dövlətinə qarşı yalan və iftira atan, birbaşa düşmən qoltuğuna sığınan xəyanətkarlar mütləq və yenə də mütləq Azərbaycan tarixinin Zəfər səhifələrini yazmış xalqın bir gün onları mühakimə edəcəyindən qorxsunlar və cavab verəcəkləri gün uzaqda deyil.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB