Qobustan rayonunda şəhid Həsən Quliyevin anım mərasimi keçirilib

Qobustan rayon icra hakimiyyətinin rəhbərliyi, YAP Qobustan rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Qobustan rayonu Sündü kəndindən Quliyev Həsən Yalçın oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid Quliyev Həsən ölmündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “ Vətən uğrunda” ,”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və nümunəvi gənclər kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar. Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə