"Bu Zəfəri Azərbaycan tarixinin dönüş nöqtəsidir” - DEPUTAT AÇIQLADI

"Bu Zəfəri Azərbaycan tarixinin dönüş nöqtəsidir” - DEPUTAT AÇIQLADI

“Cənab Prezidentin Şuşa səfəri hədsiz dərəcədə əhəmiyyətli xarakter daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, cənab Prezidentin Zəfər günü şəxsən Şuşaya səfər etməsi bu şəhərin Azərbaycanın şəhərlərinin tacı olamasına böyük bir işarə idi: “İkincisi isə hələ də ermənilər və onun havadarları fikirləşir ki, Şuşa geri qayıdacaq. Cənab Prezident birmənalı şəkildə qarşı tərəfə mesajlar verdi ki, nəinki Şuşa Azərbaycana əbədi qayıdıb, hansısa qüvvələr revanş fikrində olsalar, onlar cavabını alacaqlar. Dəmir yumruğun bir daha dadını hiss edəcəklər. Şuşa bizim üçün əvəzolunmaz bir şəhərdir. Onu da qeyd etmək lazımdır ki, son yüz illərdə Azərbaycan belə bir qələbəni dadmamışdır. Cənab Prezident həmçinin bildirdi ki, Zəngəzur bizim əbədi torpağımızdır. Biz ora da qayıdacağıq. Ali Baş Komandanın bu Zəfəri Azərbaycanın tarixi dönüş nöqtəsidir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə