"Rusiya Ermənistana yönəlik addımlar atmalıdır" - DEPUTAT MÖVQE BİLDİRDİ
"Ermənistan rəhbərliyinin hərəkətləri müharibədən qabaq olan hərəkətlərə bənzəyir. Ziddiyətli açıqlamalar verirlər. Oyunlar oynayırlar və üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

O, qeyd edib ki, çox güman ki, bir il ərzində onlar dəmir yumruğun zərbələrini unudublar. İstisna deyil ki, onların bütün təxribatlarının qarşısı alınacaq və üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə məcbur ediləcək.
Asim Mollazadə bu barədə fikrini belə izah edib: "Söhbət ilk növbədə Zəngəzur dəhlizinin açılışından və demarkasiyanın sürətlə həyata keçməsindən gedir. Üçtərəfli işçi qrupunun işi daha da səmərəli həyata keçirilməlidir. Rusiya üzərinə götürdüyü öhdəlikləri və Ermənistanı sülhə məcbur etmək istiqamətində də addımları atmalıdır. Əks halda Ermənistanın bu hərəkətlərinə reaksiya onları daha sürətli hərəkət etməyə məcbur edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB