Qobustan rayonun Bəklə kəndində Abidə-Bulaq kompleksinin açılışı olub FOTOLAR

Qobustan rayonun Bəklə kəndində Abidə-Bulaq kompleksinin açılışı olub FOTOLAR

Qobustan rayonu İcra hakimiyyətinin rəhbərliyi, YAP Qobustan rayon təşkilatının və Hüquq mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyəti nümayəndələri Bəklə kəndindən şəhid olan “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Gərayev Tural Şahin oğlu və I-Qarabağ müharibəsi Şəhidi Gərayev Kənan Valeh oğlunun məzarlarını ziyarət etmişlər Şəhidlərin məzarı önünə tər gül dəstələri düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildirib, ruhlarına dualar oxunmuşdur. Daha sonra Şəhidlərin xatirəsinə inşa olunmuş Abidə-Bulaq kompleksinin açılışı olmuşdur. Tədbirdə çıxış edənlər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışaraq Vətən müharibəsindəki Zəfəri ölkəmizin çoxəsrlik tarixinə yazılan şərəfli səhifə, qəhrəmanlıq salnaməsi kimi səciyyələndirib, düşmən üzərində qazanılmış böyük hərbi nailiyyətin iştirakçılarının daima sayğı və iftixarla xatırlanacağını bildirmişlər. Şəhidin yaxınları öz xatirələrini bölüşüblər,göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlığını bildirmişdir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə