Zərdabda Vətən müharibəsi şəhidi gizir İlkin Ağayevin anım günü qeyd olunub ANIM

Zərdabda Vətən müharibəsi şəhidi gizir İlkin Ağayevin anım günü qeyd olunub ANIM

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, Zərdab rayon Körpükənd sakini gizir İlkin Tehran oğlu Ağayevin anım günü qeyd olunub.

İlk öncə Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının fəal üzvləri, rayon icra hakimiyyəti aparatının digər nümayəndələri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, DTX-nin Zərdab rayon şöbəsinin rəisi, SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi, Gənclər və İdman idarəsinin rəisi və Təhsil şöbəsinin müdiri şəhidin məzarını ziyarət edib, ruhuna ehtiramlarını bildiriblər. Birinci Qarabağ döyüşlərində şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə və millət vəkili Jalə Əliyeva Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbədən danışıblar. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda İlkin kimi igidlərimizin düşmənə əsl qəhrəmanlıq dərsi keçməklə möhtəşəm Zəfər qazandığını vurğulayıblar.

Ailənin qayğı və problemləri ilə maraqlanan icra başçısı Mərdan Camalzadə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələri və qazilərin yanında olduqlarını bildirib.Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid İlkin Ağayevin yaşadığı evdə ehsan verilib, şəhidin ruhuna dualar oxunub. Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid gizir Ağayev İlkin Tehran oğlu ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə