8 noyabr Zəfər Günü Qusar şəhərində müxtəlif mədəni kütləvi tədbirlər keçirilib. Səhər saatlarında şəhərin general Mahmud Əbilovun adını daşıyan meydandan başlayaraq, bütün şəhərin küçələri boyunca dövlət bayraqları ilə avtomobillərin yürüşü baş tutub. Rayon rəhbərliyi və idarə müəssisələrinin rəhbərləri tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi və rayonun Şəhidlər Xiyabanı ziyarət olunub.
Bayram tədbiri şəhərin mərkəzi meydanında davam etdirilib. Tədbirdə çıxış edən Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov tədbir iştirakçılarını Zəfər bayramı münasibətilə təbrik edib. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Bayram izdihamı geniş konsert proqramı ilə davam etdirilib. Həmin gün şəhərdə yeni salınacaq Zəfər parkında ağaclar əkilib.
Nəzakət BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB