YAP Qobustan rayon təşkilatının fəalları Bulaq Abidə Kompleksində olublar FOTOLAR
Qobustan rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri, Qobustan şəhərində “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi qəhrəmanı Şəhid Vəliyev Elyar Arif oğlunun xatirəsinə inşa olunmuş abidə-bulaq kompleksinin açılışında iştirak etmişlər, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad etmişlər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışaraq Vətən müharibəsindəki Zəfəri ölkəmizin çoxəsrlik tarixinə yazılan şərəfli səhifə, qəhrəmanlıq salnaməsi kimi səciyyələndirib, düşmən üzərində qazanılmış böyük hərbi nailiyyətin iştirakçılarının daima sayğı və iftixarla xatırlanacağını bildirmişlər. Şəhidin atası Vəliyev Arif göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya rəşadətli Azərbaycan ordusuna təşəkkür və minnətdarlığını bildirmişdir.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB