Qaragöldə erməni rüsvayçılığı: “zinvorlar” kimə və niyə yalvarıblar? ŞOK DETALLAR
Azərbaycan teleqram kanallarından baş vermiş olayla bağlı maraqlı faktlar
Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qanunsuz olaraq Qarabağa etdiyi səfərinin ardınca Qaragöl gölü yaxınlığına gedərək orada özünü “yükək səviyyəli hərbçi” kimi göstərməyə cəhdi, əslində, onun rüsvayçılığı ilə nəticəsini tapıb. SİA-ya Azərbaycan teleqram kanallarından daxil olan məlumata görə, Arşak Karapetyan bu vasitə ilə özündən əvvəlki müdafiə nazirlərinin səriştəsizliklərini sübuta yetirmək üçün bu addıma gedib və həmin addımını atdığına görə bərk peşman olub. Belə ki, o, şəxsən Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən 50 nəfər hərbçinin Qaragöl gölü ətrafında dislokasiya olunmalarını və Azərbaycan-Ermənistan sərhədində münasib mövqelər tutmalarını əmr edib. Naşı nazirin əmrinə görə erməni əsgərləri qısa zamanda Azərbaycan Ordusunun postlarını əlaqələndirən kəsişmə yolunu nəzarətə almalı, bu vasitə ilə metal torlardan ibarət konstruksiyalarla (qabionlarla) yolu kəsməliymişlər.
Erməni hərbçiləri mənfi 10 dərəcəlik soyuq ayazda-şaxtada qaynar içkiləri, suları, yandırmaq üçün odunları, qidaları olmadığına görə çıxılmaz vəziyyətdə qalıblar
Lakin şücaətli hərbi qulluqçularımızın qətiyyətli və çevik hərəkətləri nəticəsində erməni hərbçiləri geriyə çəkilmək məcburiyyətində qalıblar. Üstəlik, hadisədən yarım saat keçməmiş Azərbaycan Ordusunun xüsusi təyinatlıları da olay yerinə gəliblər və düşmən tərəfi mühasirədə qalıb. Ermənilərin qurduqları qabionları isə azərbaycanlı hərbçilərin nəzarətə götürdükləri ərazilərdə qalıb və ermənilərin növbəti fəaliyyətlərinin alqoritmləri olmadığına görə onlar, sadəcə, qaçıblar.
Ancaq ən maraqlı məqam budur ki, erməni hərbçiləri arxa cinahdan ala biləcəkləri dəstəkdən də kəsiliblər və mənfi 10 dərəcəlik soyuq ayazda-şaxtada qaynar içkiləri, suları, yandırmaq üçün odunları, qidaları olmadığına görə çıxılmaz vəziyyətdə qalıblar. Bizim hərbçilərimiz isə tam şəkildə təminatlı olublar. Erməni əsgərləri azərbaycanlı hərbçilərimizdən yalvarışlarla qida və qaynar içəcəklər istəyiblər (həyasızlığın son həddi insanı dəhşətə gətirir).
Yenə də ruslar və onlar olmasaydı...
Sonda isə hadisə yerinə rus sərhədçiləri də gəliblər və onların Azərbaycan komandanlığına müraciətləri erməni əsgərlərinin ərazini əvvəllər olduğu kimi döyülərək tərk etmələrinin qarşısını alıb.
Fakt isə budur ki, belə bir cür düşünülməmiş fəaliyyətləri ilə Ermənistanın hərbi komandanlığı heç vaxt müsbət nəticələr əldə edə bilməyəcək və ən əsası, onlar mənasız yerə öz əsgərlərinin həyatlarını riskə atmış olurlar. Həqiqət isə sadə bir reallıqdadır: savadsız, səriştəsiz və naşı erməni hərbi komandanlığı yenidən öz hərbi qulluqçularını ölümün ağzına atıır. Bu dəfə onların “zinvorları” yüngül qorxu, eləcə də kütləvi soyuqdəymə ilə canlarını qurtara biliblər. Lakin gələn dəfə bunun belə olmayacağını indidən ehtimal etmək mümkündür.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB