Uğurlu siyasətin layiqli davamçısı

Uğurlu siyasətin layiqli davamçısı

Dünyada az sayda liderlər var ki, xalqın etimadını və sevgisini qazansın. Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı olan İlham Əliyev özünün düşünülmüş islahatları və müdrik qərarları ilə seçilən belə liderlərdəndir.

Prezident İlham Əliyev hakimiyyəti illərində Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarmışdır. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Cənab prezident mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində etdiyi inamlı, cəsarətli, məntiqi çıxışları ilə daim diqqəti cəlb etmiş, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qorumuş, müstəqil xarici siyasət yürütmüşdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirildi. 2020-ci ildə keçirilməsi nəzərdə tutulan VIII Qlobal Bakı Forumu Covid-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdı. Forumun gündəliyi bir çox sahələri əhatə etmişdir. Adından da göründüyü kimi Forumun əsas müzakirə mövzusu qlobal gündəlikdə duran bir nömrəli məsələ - pandemiya ilə bağlı idi. Bundan əvvəl də Azərbaycan qlobal müstəvidə pandemiya ilə əlaqədar görüşlərin təşəbbüskarı olmuşdur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanın təşəbbüsüylə aprel və may aylarında hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi. Qoşulmama Hərəkatının Sammitində Prezident BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdi. Bu xüsusi sessiya keçən ilin 3 və 4 dekabr tarixlərində baş tutdu.

Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım etdiyini, təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etdiyini xüsusi vurğuladı. Eyni zamanda, dövlətimiz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi edib.

Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edən Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulub.

Ölkə başçısı öz çıxışında Azərbaycanın pandemiya ilə mübarizədə böyük uğurlara imza atdığını, vaksinasiyanın ölkəmizdə sürətlə aparılması və bu sahədə aparılan bütün işlərin, məhz, insanlarımızın sağlamlığına xidmət etməsinin başlıca amil olmasını xüsusi olaraq vurğulamışdır.

Növbəti önəmli məsələni iştirakçıların nəzərinə çatdıran cənab İlham Əliyev demişdir: ”Toxunmaq istədiyim digər bir mövzu, Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi Forumda haqqında danışdığım mövzudur – Ermənistan–Azərbaycan münaqişəsi. Bu gün isə demək istəyirəm ki, münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı”.

Sonra ölkə başçısı iştirakçıların nəzəinə bunu da çatdırdı ki,erməni işğalçıları təkçə torpaqları işğal etməklə kifayətlənməmiş,həm də milli-mədəni abidələrimizi dağıtmış, meşələrimizi yandırmış və şəhərlərimizi xarabalığa çevirmişlər. Lakin bütün bunlara baxmayaraq, dövlətimiz işğaldan azad edilmiş ərazilərdə artıq quruculuq işlərinə başlamışdır. Hazırda bölgədə abadlıq-bərpa işləri böyük sürətlə gedir. Biz inanırıq kı, 28 ilə yaxın öz ata-baba yurdlarından məcburi şəkildə didərgin düşən soydaşlarımız yaxın zamanda öz yurdalarına qayıdacaq və həyat öz axarına düşəcəkdir.

Bəli, bunlar düzgün siyasətin nəticəsidir. Bütün bunları bizə yaşatdığınız üçün sizə minnətdarıq, CƏNAB PREZİDENT!

Elnarə İsgəndərova

Xəzər rayonu, 125 saylı tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə