Hər bir dövlətin müstəqilliyini sübut edən hüquqi sənəd onun Konstitusiyasıdır. Azərbaycanın ilk Konstitusiya quruluşunun tarixi SSRİ dövründən başlayır. Belə ki, ilk Konstitusiyamız 1921-ci il mayın 19-da qəbul olunub. 70 illik imperiya dövründə bir neçə dəfə Konstitusiya və ona dəyişikliklər qəbul edilib. 1980-ci ildə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.
İlk milli Konstitusiyamızın yaranmasından 22 il ötür. 48 maddədən ibarət olan bu “Qanunlar kitabı” insan hüquqları və onların gerçəkləşməsi təminatlarına həsr olunub. Doğrudan da, hər bir dövlət yalnız vətəndaşlarının hüquqlarını, təhlükəsizliyini və onların qanuni maraqlarını qoruduğu halda və bu maraqların bərpasını təmin etdiyi halda hüquqi dövlət kimi qəbul edilir. Müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması heç şübhəsiz, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il 12 noyabr tarixində keçirilən referendum nəticəsində seçicilərin 91.9% səs çoxluğu ilə Konstitusiyanın qəbul edilməsinə səs vermişlər. Artıq 27 noyabrdan Konstitusiya qüvvəyə minmişdir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə dövlət quruculuğu prosesinə və onun inkişafına güclü təkan vermiş, həmçinin demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. Prezident İlham Əliyev bu çətin, lakin şərəfli irsin layiqli varisi kimi yorulmadan fəailyyət göstərir, ölkəmizdə konstitusionalizmin əbədi qərarlaşmasına, qanunların aliliyini və bu qanunların yalnız xalqa xidmət etdiyini bütün dünyaya bəyan etməkdən çəkinmir. Müasir dövrün tələbi və İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyanda bir neçə dəfə dəyişikliklər edilib. 2016-cı il 26 sentyabrda isə referendum nəticəsində Konstitusiyanın 29 maddəsinə 41 dəyişiklik və əlavə edilmişdir.
Bu gün Azərbaycan tam azad və suveren dövlət hesab oluna bilər. 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən II Qarabağ savaşı bütün dünyaya Azərbaycan dövlətinin qüdrətini, bu qüdrətin yalnız dövlət və xalq birliyinin möhkəmliyi nəticəsində mümkünlüyü bütün dünyaya səs saldı.
Günay Ağabəyova
Xəzər rayonu, 230 №li məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB