Tbilisidə Zəfər Gününə həsr olunmuş fləşmob təşkil olunub

Tbilisidə Zəfər Gününə həsr olunmuş fləşmob təşkil olunub

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində yerləşən Rike parkda 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob təşkil olunub. SİA xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Üzərində Zəfər bayramının və Şuşanın simvolu - Xarı bülbülün təsviri olan ağ maykalar geyinmiş 60 gənc göy, qırmızı, yaşıl rəngli, aypara və səkkizguşəli ulduzun yer aldığı lövhələrdə Azərbaycanın dövlət bayrağının təsvirini yaradıblar.

Fləşmob şəhər sakinlərinin və parkdakı turistlərin marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə