"Bayrağa sevgi vətənə sevginin bariz nümunəsidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bayrağa sevgi vətənə sevginin bariz nümunəsidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bayraq Gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi ilk növbədə vətənpərvərlik, bir ölkənin suverenliyinin, ərazi bütövlüyünün rəmzi kimi qiymtləndirilir və bu dövlət strategiyasının ən ali məqsədi sayılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Bayraq Gününün dövlət bayramı kimi qeyd edilməsini, əlbəttə ki, birbaşa Azərbaycan xalqında bayrağa sevginin göstəricisi kimi də aşılamaq olar: "Təbii ki, bayrağa sevgi dövlətə, vətənə, xalqa sevginin bariz nümunəsidir. Məhz ikinci Qarabağ müharibəsində biz şəhidlərimizin üzərindən Azərbaycan bayrağının çıxarıldığını görürük. Hər bir Azərbaycan əsgərinin sinə cibində Şuşaya zəfər yürüşü zamanı Azərbaycan bayrağını daşıdıqlarının şahidi olmuşuq. Bundan əlavə üçrəngli bayraq bizim millətimizin şərəfidir, namusudur. Ümumiyyətlə bayraq bir millətin yüksəlişinin göstəricisidir. Təbii ki, Azərbaycanda Bayraq Gününün qeyd edilməsi təntənəli sürətdə həyata keçirilir. Bu dövlət bayramıdır və düşünürəm ki, biz üçrəngli bayrağımıza sevgi, məhəbbət ilə yanaşmalıyıq və onu gələcək nəsillərə aşılamalıyıq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə