"Forumun bu il keçirilməsi dahi şairə hörmətin təzahürüdür” - ŞƏRH EDİLDİ

“Azərbaycanın Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yaxından dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə təsis edilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, bu dəfə keçirilən VIII Qlobal Bakı Forumu 2020-ci ildə COVID-19 virusunun yayılması ilə əlaqədar olaraq təxirə salınmışdı: “Nəhayət bu il Forum Bakıda yenidən yüksək səviyyədə öz növbəti toplantısını keçirtməyə müvəffəq oldu. Cənab Prezidentin Forumun açılışında etdiyi çıxışında qeyd etdiyi kimi yenidən buna nail olmağın səbəbi COVID-19 virusu ilə bağlı vəziyyətin yaxşılaşması ilə əlaqədardır. Nəzərə almalıyıq ki, VIII Bakı Qlobal Forumunun mövzusu "COVID-19-dan sonrakı dünya" adlanır. Ümumiyyətlə COVID-19 ilə bağlı Azərbaycan virusla mübarizdə beynəlxalq müstəvidə cənab Prezidentin təşəbbüsü ilə bir çox əhəmiyyətli tədbirlərin keçirilməsinə, birgə mübarizənin aparılmasına çağırışlara səsləməklə eyni zamanda yoxsul ölkələrə tibbi vasitələr və maliyyə yardımları da etmişdir. Azərbaycanın beynəlxalq müstəvidə virusla apardığı mübarizə dəfələrlə nüfuzlu təşkilatlar tərəfindən müsbət qiymətləndirilib və nümunə göstərilib. Azərbaycan Prezidentinin COVID-19 virusunun dünyada yayılması başlanan andan dərhal verdiyi çevik qərarlar nəticəsində Azərbaycanda virusla mübarizə tədbirləri dövlət siyasətinin əsas prioritetinə çevrilmiş və bir çox görülən tədbirlər model olaraq dünyaya təqdim edilmişdir. Cənab Prezidenti görülən işlərlə bağlı Forumda geniş çıxış edərək qısa müddətdə əldə olunan nailiyyətləri iştirakçıların nəzərinə çatdırmışdır. 13 yeni xəstəxananın tikilməsi, tibbi avadanlıqların tez bir zamanda alınması əlavə 4000 çarpayının yaradılması, 46 dövlət xəstəxanasının ayrılması və s. işlərlə bağlı məlumat verən dövlət başçısı məhz görülən tədbirlər nəticəsində bu gün Azərbaycanda qapanmanın olmadığını vurğulayıb".

Anar Xəlilov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatının və Türk dilli Dövlətlərin Şurasının sədri kimi COVID-19 virusuna qarşı apardığı mübarizəyə və irəli sürdüyü təkliflərlə bağlı da cənab Prezident Forum iştirakçılarına məlumat verib: “Azərbaycanın təşəbbüsü ilə 2020-ci il dekabrın 3-də COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının keçirilməsi, 2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycanın təklifi "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamənin qəbul edilməsini misal olaraq qeyd edən cənab Prezident ÜST-ün istifadəsində olan COVID-19-la bağlı göstərilən tibbi xidmətlərin məlumat bazasının yaradılması ideyasının da Azərbaycan tərəfindən irəli sürülməsini diqqətə çatdırdı. Forumda çıxışı zamanı cənab Prezident Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması ilə bağlı da öz fikirlərini iştirakçıların diqqətinə çatdırdı. BMT qətnamələrinin Azərbaycanın özünün icra etməsinə toxunan cənab Prezident beynəlxaq ictimaiyyətin laqeyd münasibəti nəticəsində bu münaqişənin hələ uzun illər həllini tapmayacağını vurğulayaraq 2021-ci il sentyabrın 27-də müharibənin başlamasının əsas səbəblərinin Ermənistanın ziddiyyətli siyasəti status-kvonu saxlamaq cəhdi, yeni işğal planı və bizə qarşı ardıcıl təxribatların həyata keçirilməsi olduğunu bildirib. Cənab Prezident Ermənistanın törətdiyi bütün cinayətlərə rəğmən sülh təklifi ilə çıxış etməyimizə baxmayaraq Ermənistan rəhbərliyinin bunu cavablandırmamasını da qeyd etmişdir. Bu müraciət və çıxışları dinlərkən Azərbaycanın dünyada artan nüfuzunu bir daha əyani surətdə görürük. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Beynəlxalq Bakı Forumunun nüfuzu ildən ilə artır. Artıq bu Forumun nüfuzlu beynəlxalq dialoq klubları sırasında layiqli yerdə olduğunu qeyd etməliyik. Xatırladım ki, 2021-ci il Azərbaycanda cənab Prezidentin təşəbbüsü ilə "Nizami Gəncəvi ili" kimi qeyd olunur. Məhz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumunun bu il keçirilməsi dahi şairə hörmətin təzahürüdür”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə