Gədəbəy rayonun Maarif kəndində şəhid Tural Məmişovun ildönümü keçirilib

Gədəbəy rayonun Maarif kəndində şəhid Tural Məmişovun ildönümü keçirilib

05.11.2021-ci il tarixində Gədəbəy rayon RİH başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin rəisi Eldəniz Süleymanlı, YAP Gədəbəy rayon təşkilatının Gənclər birliyinin üzvləri, 103 saylı Gədəbəy seçki dairəsi üzrə millət vəkili Sevinc xanım Hüseynovanın köməkçisi Elxan İsmayılov, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz- rayonun Maarif kənd sakini Məmişov Tural Tələt oğlunun, ildönümü münasibətilə, ailəsi ​ ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi ruhuna dualar oxundu. Şəhid valideynləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə